Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Antalyada Diplomatik Forumun rəsmi açılış mərasimində çıxış edib.
Çıxışı zamanı o, Ankaranın Ermənistanla normallaşdırılma prosesini davam etdirəcəyini qeyd edərək, bunun
Azərbaycanla koordinasiya şəraitində baş verəcəyini bildirib. “Otuz illik işğaldan sonra Azərbaycanla razılaşdırılmış şəkildə Ermənistanla normallaşma prosesini davam etdirəcəyik”, – Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
//Samir Qurbanov, Editor.az

