“Ermənistanla yanaşı Qərbin də təxribatlarına hazır olmalıyıq”- Millət vəkilibackend

“Ermənistanla yanaşı Qərbin də təxribatlarına hazır olmalıyıq”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hər zaman olduğu kimi Ermənistan təxribatlarına davam edir. Təəssüf ki, bəzi dövlətlər də Ermənistana bu məsələdə dəstək olmağa çalışır”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı  Ceyhun Məmmədov bildirib.

Deputat qeyd edir ki, Azərbaycan 30 ilə yaxın müddətdə erməni terrorundan əziyyət çəkdi və xalqımız ciddi çətinliklərlə üz-üzə qaldı:

“Bu zaman ərzində reallıq budur ki, Azərbaycan Qərbin dəstəyini görə bilmədi. Amma Ermənistana bu gün də həmin dəstək göstərilir. Qərb dövlətləri prinsipiallıq göstərməlidir. Ermənistan da törətdiyi əməllərə görə cəzalandırılmalıdır. Ermənistana verilən dəstək güclü deyil və olmayacaq da. Çünki haqq Azərbaycanın tərəfindədir. Lakin biz Qərbin, Beynəlxalq qrumların ikiüzlülüyünün fərqindəyik. Onlar daima ikili siyasət aparır. Çünki Qərb bunu öz siyasətinin davamlı istiqaməti kimi seçib. Azərbaycan da öz işlərini görür və kifayət qədər də müvəffəqiyyət qazana bilib”.

Ceyhun Məmmədovun fikrincə, biz  Ermənistan da daxil olmaqla, Qərbin  və bir sıra ölkələrinin  təxribatlarına da hazır olmalıyıq:

“Proseslər onu göstərir ki, bu təxribatlar davamlı törədiləcək. Təxribatlara qarşı Azərbaycan daima hazır olmalıdır. Azərbaycan əsgəri heç bir erməni əsirə qarşı vəhşilik törətməyib. Bu tamamilə Ermənistanın növbəti təxribatıdır. Bunun heç bir əsası yoxdur. Azərbaycan siyasətində belə addımlara  yer yoxdur. Yaxşı olar ki, Ermənistan sülh barədə düşünsün. Bu cür təxribatlar Ermənistana uğur gətirməyib onu məhv edəcək. Danışıqlar prosesində əldə olunan uğurlara da çox ciddi xələl gətirmiş olur.  Qarşî tərəf bu əməllərindən əl çəkməlidir. Əks halda özünə böyük zərər verəcək. Azərbaycan isə güclü dövlətdir və öz mövqeyindən geri çəkilməyəcək”.

//Safura Bənnayeva, Editor.az