Ermənitan rus sərhədçilərin “Zvartnots” hava limanından çıxarılmasında israrlıdırbackend

Ermənitan rus sərhədçilərin “Zvartnots” hava limanından çıxarılmasında israrlıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, rus sərhədçilərin “Zvartnots” hava limanından çıxarılmasının ləğvi barədə söhbət getməyib.

Onun sözlərinə görə, qərar hələ də qüvvədədir və rus qoşunları avqustun 1-də hava limanını tərk etməli olacaqlar. “Ermənistan üçün bu, artıq həll olunmuş məsələdir, mən düşünmürəm ki, burada hər hansı müzakirə gedir. Bu prosesi dövlətlərarası müqavilənin pozulması kimi təqdim etməyə cəhd edirlər.

Bu, idarələrarası müqavilə idi, məqsədi bu sahədə erməni sərhədçilərinə fayda vermək, onların yükünü yüngülləşdirmək idi. Artıq bu yükü yüngülləşdirməyə ehtiyac yoxdur”, – deyə spiker brifinqdə bildirib. “Mən çox şübhə edirəm ki, Türkiyə Ermənistana hücum etmək qərarına gələrsə, Rusiya sərhədçiləri hərəkət edər və ya onu qoruya bilər. Böyük şübhələrim var”, – deyə o bildirib və əlavə edib ki, avqustun 1-dən Rusiya sərhədçiləri “Zvartnots” beynəlxalq hava limanından çıxarılacaq.

//Samir Qurbanov, Editor.az