Erməniyönümlü “Kluni Ədalət Fondu” Rusiyada arzuolunmaz subyekt kimi tanınıb.
Editor.az bildirir ki, bu barədə ölkənin Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, bu təşkilat Rusiyanı nüfuzdan salmaq, ekstremistləri və terrorçuları dəstəkləmək məqsədi daşıyan fəaliyyətlər həyata keçirir. Qeyd edək ki, fond Nyu Yorkda aktyor Corca Kluni və özünü “beynəlxalq hüquqşünas” hesab edən həyat yoldaşı Amal tərəfindən təsis edilib.
Kluni ailəsinin Azərbaycan ərazisində həbs olunmuş separatçı qurumun keçmiş “dövlət naziri” Ruben Vardanyanla dostluq münasibətləri var. Amal son illər keçmiş separatçı rejimin liderlərindən birinin müdafiəsində fəal iştirak edir və vaxtaşırı Azərbaycana qarşı hücumlar təşkil etməyə çalışır.
//Samir Qurbanov, Editor.az