Ersin Tatar Şuşaya gedəcəyindən danışdı: “İlham Əliyevə təşəkkür edirəm” – VİDEObackend

Ersin Tatar Şuşaya gedəcəyindən danışdı: “İlham Əliyevə təşəkkür edirəm” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şuşaya səfərə dəvət olunduğum üçün xalqım adından və şəxsən öz adımdan İlham Əliyevə təşəkkür edirəm”.

Bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Baku TV-yə söyləyib.

O, Türkiyə və Azərbaycan arasındakı qardaşlıq münasibətlərindən danışıb.

“Üç ay əvvəl Bakıya səfərim zamanı İlham Əliyev Türkiyə ilə Azərbaycan arasındakı bağların daha da gücləndiyini, Qarabağ Zəfərindən sonra yeni bir eranın başladığını vurğulamışdı. Münasibətlərimiz tək millət üç dövlət səviyyəsindədir. Bizim keçmişimiz, taleyimiz birdir. Bir-birimizə daim dəstək olmalıyıq. Bu fikirləri görüşümüz zamanı İlham Əliyev də ifadə etmişdi. Türkiyə hər zaman Azərbaycanın yanındadır. 44 günlük Vətən müharibəsi də buna nümunədir”, – deyə o bildirib.

Həmçinin, Ersin Tatar Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.