Ərzaq məhsullarının qiymətləri GÜNBƏGÜN artır- Ekspert çıxış yollarından BƏHS ETDİbackend

Ərzaq məhsullarının qiymətləri GÜNBƏGÜN artır– Ekspert çıxış yollarından BƏHS ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəmiyyətdə ərzaq məhsullarının qiymətinin artmasından şikayətlənənlərin sayı da günü gündən artır. Bu həftə aldığın məhsul bir neçə gün sonra müəyyən qədər artımla təklif edilir.

İqtisadçı ekspert Natiq Cəfərli Editor.az-a açıqlamasında bildirib ki, dünya bazarlarında ərzaq məhsullarının qiymətlərinin artımı son illərin ən böyük təhdidlərindən iridir:

“Çünki dünyada ərzaq inflyasiyasının yüksəlməsi qlobal inflyasiyanı sürətləndirir. Bu da yoxsulluğu artıran əsas faktorlardan birinə çevrilir. Dünya ölkələrində əhalinin gəlirləri ilə xərcləri arasında ciddi disbalans yaranır. Azərbaycan iqtisadiyyatında da son aylarda həddindən artıq yüksək inflyasiya rəqəmləri görürük. Bunun əsas səbəblərindən biri ərzaq idxalından aslılıqdır. Təəssüf ki, biz ən yaxşı halda özümüzə lazım olan ərzaq məhsullarının 25-26 faizini təmin edə bilirik. Bu da qiymət artımında ciddi rol oynayan faktordur. Bu tendensiya isə hələ də davam edir. Azərbaycan da idxal inflyasiyasından əziyyət çəkən ölkədir və ölkəyə gətirilən məhsulların da qiyməti getdikcə bahalaşır. Bunun qarşısını ala biləcək ən düzgün və təsirli yol ərzaq məhsulları, dərman preparatları ilə bağlı vergilərin azaldılmasıdır. Əlavə dəyər vergisi 18 faizdən 2 faizə endirilməlidir. Yalnız belə olduqda biz qiymət artımının qarşısını ala bilərik”.

//Gülnarə Abasova, Editor.az