Əsas vəzifə Ukrayna ilə birbaşa danışıqlara başlamaqdır – Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovbackend

Əsas vəzifə Ukrayna ilə birbaşa danışıqlara başlamaqdır – Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, hazırda əsas vəzifə Ukrayna ilə birbaşa danışıqlara başlamaqdır.

Onun sözlərinə görə, Rusiya dialoqa hazırdır. “Həqiqətən də legitimliklə bağlı hüquqi məsələlər var. Amma bu halda sülh prosesinə girmək maraqları hər şeydən üstündür. “İlk addım bu danışıqlar prosesinə başlamaqdır; Qalan hər şey ikinci dərəcəlidir”, – deyə Peskov jurnalistlərə bildirib.

O əlavə edib ki, Ukrayna hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin mayın 8-dən 11-dək elan etdiyi atəşkəsə hələ də reaksiya verməyib.Ukrayna prezidenti Vladimir Zelenski dəqiq cavab verməsə də, atəşkəs rejiminin ən azı 30 gün uzadılmasını təklif edib. O, aprelin 19-dan 21-dək olan Pasxa atəşkəsi zamanı da oxşar təşəbbüs irəli sürmüşdü. Lakin Rusiya hakimiyyəti atəşkəs müddətini uzatmadı, Kreml isə təklifin öyrənilməsini tələb etdiyini bildirdi.

//Samir Qurbanov, Editor.az