Alman ordusunun Köln-Vandakı kazarmasında içməli suyun çirkləndirilməsi ilə təxribat törədilib. Bu barədə avqustun 14-də “Spiegel” xəbər yayıb.
Nəşrin məlumatına görə, hakimiyyət insidenti araşdırır və təxribatdan şübhələnir. Nəşr bildirir ki, ola bilsin ki, kazarmaya kimsə kənar şəxs daxil olub. Kazarmalar möhürlənib. Əsgərlərə və mülki şəxslərə göndərilən daxili mesajlarda onları heç bir halda su içməməyi tapşırıblar. Hətta hərbçilərin əraziyə daxil olmasına icazə verilmir.
Qeyd edək ki, Köln-Van kazarmasında Bundesverin bir neçə komandanlığı, eləcə də hərbi və mülki ofisləri yerləşir. Federal Müdafiə Nazirliyinin aviasiya əməliyyatları da orada yerləşir. Çünki kazarmalar Köln hava limanının yaxınlığındadır. Ümumilikdə obyektdə 4300 əsgər və 1200 mülki işçi çalışır.
//Samir Qurbanov, Editor.az