Əsir hərbiçilərimizi necə geri qaytaraq?- Hərbi ekspertdən AÇIQLAMAbackend

Əsir hərbiçilərimizi necə geri qaytaraq?- Hərbi ekspertdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan məhkəməsi əlverişsiz hava şəraitində düşmən tərəfə keçən və orada əsir saxlanılan Azərbaycan hərbçisi Aqşin Bəbirovu 11,5 il müddətinə azadlıqdan məhrum edib. Düşmənin bu addımı yenidən əsl erməni xislətini ortaya qoyub. Aiddiyyatı dövlət qurumları azaraq Ermənistan tərəfinə keçən əsir düşmüş hərbiçilərimizin qaytarılması üçün bütün zəruri addımları atır. Ancaq məsələ ilə bağlı məhkəmə prosesləri yam başa çatmayıbsa, onların qaytarılması mümkün görünmür”.

Bu fikirləri Editor.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert əsir hərbiçilərimizin ölkəmizdə saxlanılan erməni hərbiçiləri ilə dəyişdirilməsinin də mümkünlüyünə toxunub:

“Ermənistan tərəfi əvvəllər Şahbaz və Dilqəm haqqında, indi isə səhvən əsir düşmüş iki hərbiçimiz haqqında qondarma cinayət işlərini qara xalça üzərində ağ saplarla tikir. Yəni, bu hadisələrin saxtalaşdırılacağı əvvəlcədən məlum idi. Hesab edirəm ki, Ermənistan tərəfinə hərbiçilərin dəyişdirilməsi ilə bağlı təkliflər verilməlidir. Eyni zamanda, Azərbaycan ərazilərində qeyri-qanuni şəkildə silah daşıyan 10 min erməninin də müəyyən bir hissəsini həbs edib eyni maddələrlə cinayət məsuliyyətinə cəlb etməliyik. O zaman Ermənistan tərəfi bu proseslərin nə qədər onlar üçün ağır nəticələrə səbəb olacağını əyani olaraq görəcək”.

//Gülnarə Abasova, Editor.az