Əsir və girovluqdan xilas olunanların karantin müddəti bitirbackend

Əsir və girovluqdan xilas olunanların karantin müddəti bitir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 14-də Ermənistanın əsir və giroluğundan azad edilmiş vətəndaşlarımız-Emin Baxşəliyev, Amin Musayev, Yəhya Abdinov, Şərif Əliyev, Ömər Ələkbərov, Nurəddin Yolçuyev, Bayram Kərimov, Şahbaz Quliyev, Dilqəm Əsgərov, Mobil Əhmədzadə, Nurlan Əlizadə, Anar Əliyevin bu gün ailələrinə təhvil veriləcəyilə bağlı məlumat yayılıb.

Yenisabah.az xəbər verir ki, məsələ ilə bağlı Amin Musayevin dayısı Sənan Saqıov Modern.az-a bacısı oğlu ilə telefon vasitəsilə danışdıqlarını deyib:

“Artıq on dörd gündür ki, əsir və girovluqdan azad olunanlar Azərbaycandadır. Biz də Aminin evə gəlişini gözləyirik. Amma hələ ki hər hansı məlumat yoxdur”.

A.Bayramovun anasının səhhətinə gəlincə, dayısı onun yaxşı olduğunu deyib:

“Şükür bacım yaxşıdır, müalicəsi effekt verdi”.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov da atasının evə buraxılması ilə bağlı informasiyaya malik olmadığını deyib:

“Atamla telefonla danışmışam, amma görüşməmişəm. Bildirdi ki, yaxşıdır, özünü yaxşı hiss edir. Rəsmilərdən bizə nə vaxt evə buraxılacaqları ilə bağlı məlumat verilməyib”.

Şahbaz Quliyevin bacısı İradə Quliyeva bildirib ki, qardaşı ilə onlar Azərbaycana gətiriləndən iki gün sonra danışa bilibb:

“Həmin vaxt dedi ki, yaxşıdır, heç bir problemi yoxdur. Eyni zamanda dedi ki, 14 gün karantində saxlanılacaqlar. Karantinin 14 günü sabah tamam olur. Yəqin ki, hər hansı problem çıxmazsa, birinci gün axşam, ya da ikinci gün evə buraxarlar”.