ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin fevralın 28-də Vaşinqtona gələcəyini təsdiqləyib.
Editor.az bildirir ki, bu barədə fevralın 26-da “Washington Post” qəzeti yazıb. Nəşrin sözlərinə görə, görüş zamanı siyasətçilər “1 trilyon dollar dəyərində” faydalı qazıntıların çıxarılmasına dair müqavilə imzalaya bilərlər. “Eşitdim ki, Zelenski cümə günü gələcək, təbii ki, o istəsə, mənimlə bunu imzalaya bilər. Və başa düşürəm ki, bu, böyük bir işdir, çox böyük bir işdir”, – Tramp deyib.
O, ABŞ-ın verdiyi pulları geri istədiyini vurğulayıb. “Biz ölkəyə çox az adamın həll etdiyi çox, çox böyük problemin öhdəsindən gəlməyə kömək edirik. Bu problemlə üzləşməməliydik, çünki bu, baş verməməli idi, amma oldu, ona görə də biz bunu düzəltmək məcburiyyətindəyik, lakin Amerika vergi ödəyiciləri indi pullarını, üstəlik, hər şeyi geri alacaqlar”, – o əlavə edib.
//Samir Qurbanov, Editor.az

