“Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyat və ordu olmalıdır”-AÇIQLAMAbackend

“Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyat və ordu olmalıdır”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2003-cü il 15 oktyabr tarixində cənab İlham Əliyev prezident seçilərkən xalqına bir söz vermişdi. Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Həmin vaxtdan 20 il keçib. Və budur nəticə… Prezident İlham Əliyev xalqı qarşısında verdiyi bütün sözləri tutdu və Azərbaycan xalqı müzəffər xalq olaraq dünya tarixində öz qüdrətli yerini aldı”.

Bunu Editor.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.

“Bu 20 il ərzində Azərbaycan addım-addım məqsədinə yaxınlaşırdı. Xalqımız 2003-cü ildə olduğu kimi həmişə prezidentin gördüyü işlərə inanıb və dəstəkləyib. Çünki xalq da bilir ki, Ulu Öndərin siyasətinə sadiq olan Prezident İlham Əliyevin gördüyü işlər ölkəmizi ancaq inkişafa aparır. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan Dövlət başçısı qarşısına bir nömrəli vəzifə qoymuşdu ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Bu müddət ərzində görülən işlər isə hər birimizin xatirindədir. Son 20 il ərzində əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Bu bir həqiqətdir ki, əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyat və ordu olmalıdır. Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, Ali baş komandanın rəhbərliyi ilə həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror tədbirləri bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Azərbaycan xalqı tarix durduqca həm Ulu Öndərimiz Heydər Əliyevə, həm də cənab prezidentə minnətdar olacaq. Əli şəhidilərimiz qanına bulaşmış düşmənlərimizin hər biri Bakıya gətirildi və onlar Azərbaycan qanunları qarşısında öz layiqli cavablarını alacaqlar. Bu gün şəhirdlərimiz ruhu şaddır. Onların qisası alınıb. Onların qanı yerdə qalmayıb. Bu günləri isə bizə Ali baş Komandan İlham Əliyev yaşatdı. 20 ilin nəticəsində Azərbaycan güclü, suveren və vahid bir dövlət halında dünyada öz sözünü deyən bir dövlətə çevrildi”.

 

//Editor.az