Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) rəhbəri Ebubekir Şahin aparıcılar Esra Erol və Müge Anlının verilişləri barədə açıqlama verib.
Editor.az baku.ws-ə istinadən bildirir ki, o layihə rəhbərlərinə edilən xəbərdarlıqlara məhəl qoyulmadığını bildirib. Bundan sonra bu verilişlərə qarşı qəti addımlar atılacaq:
“Konstruktiv xəbərdarlıqlarımıza məhəl qoyulmadı. Kanalların yüksək səviyyəli menecerləri ilə İstanbul və Ankarada keçirdiyimiz görüşlərdən heç bir müsbət vermədi. Biz son mərhələyə keçirik. Tənqidlərimizə baxmayaraq, biz bu proqramlarla bağlı sərt qərarları vermişik. Biz bunları tezliklə Ali Şuraya təqdim edib, həyata keçirəcəyik. Məqsədinə xidmət etməyən keyfiyyətsiz yayımlarına qarşı son tədbirimizi görərək qəti addımlar atacağıq”.