Essyenin Azərbaycanda qazanacağı məbləğ müəyyənləşdibackend

Essyenin Azərbaycanda qazanacağı məbləğ müəyyənləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya futbolunun tanınmış nümayəndələrindən biri, Çempionlar Liqasının və Premyer Liqanın qalibi olan Qana yığmasının sabiq üzvü Maykl Essyen hazırda “Səbail”in futbolçusudur. 36 yaşlı futbolçu “Səbail” ilə ilyarımlıq sözləşmə imzalayıb.

Essyen əsas komandada futbolçu olmaqla yanaşı həm də U-19 komandasında köməkçi-məşqçi kimi fəaliyyət göstərəcək. Daha doğrusu, yarımmüdafiəçi yayda yeni U-19 komandası formalaşdıracaq.

Qanalı futbolçu bütün bu işlərin qarşılığından “Səbail”dən 200 min avrodan çox almayacaq. Onun müqaviləsi 200 min avro civarındadır.

Futbolçu eyni zamanda şəhərin mərkəzində mənzillə təmin olunub.

//futbol11.az