Estoniya Müdafiə Nazirliyinin kansleri Kusti Salm bildirib ki, NATO tipli 155 mm-lik mərmilərin Avropadan Kiyevə çatdırılması ən azı bir il çəkib.
Editor.az bu barədə “Defence One” a istinadla məlumat verir. Salmın sözlərinə görə, Avropa İttifaqından kənar ölkələrdən güllə tədarükü və üçüncü ölkələrin sursat satmaq istəməməsi də çətinliklər yaradır.
“Əgər bu gün müqavilə imzalasaq, o zaman 12 aydan 18 aya qədər vaxt aparacaq. Güman edirəm ki, bu, əsasən Rusiya ilə beynəlxalq münasibətlərlə bağlıdır”, – Estoniya Müdafiə Nazirliyinin kansleri qeyd edib.
Bundan əvvəl Estoniya kəşfiyyatı Rusiya Federasiyasının sursat istehsalı və miqdarına görə Ukraynadan üstün olduğunu bildirmişdi.
//Gülnarə Abasova, Editor.az

