Estoniya Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin ölkəyə girişini qadağan etdibackend

Estoniya Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin ölkəyə girişini qadağan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Estoniyanın xarici işlər naziri Marqus Tsakna Moskva və Bütün Rusiyanın Patriarxı Kirill (Vladimir Qundyaev) də daxil olmaqla 58 nəfəri “Maqnitski siyahısı”na salaraq, ölkəyə girişini qadağan edildiyini bildirib.

Editor.az Estoniya Xarici İşlər Nazirliyindən verilən məlumata istinadən xəbər verir ki, müvafiq qadağa “insan hüquqlarının ciddi şəkildə pozulmasında iştiraka və ya onların pozulmasında vasitəçiliyə görə” tətbiq edilib. Tsakna bildirib ki, Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəkləyən insanlar Estoniyada xoş qarşılanmır.

“Onu qara siyahıya salmağın vaxtı çoxdan çatıb”, – nazir Patriarx Kirilllə bağlı qərarı şərh edib. Qeyd edək ki, “Maqnitski siyahısı” adlanan “qara siyahı”, auditor Sergey Maqnitskinin həbsdə ölümünə, eləcə də digər insan hüquqlarının kobud şəkildə pozulmasına görə məsuliyyət daşıyan şəxslərin siyahısıdır.

2022-ci ilin aprelində Avropa Parlamenti patriarxın Ukrayna münaqişəsindəki rolunu pisləyən qətnamə qəbul etib və “Sərhədsiz İnsan Haqları” ictimai təşkilatı patriarxın hərbi müdaxiləyə haqq qazandırdığına görə, məsuliyyətə cəlb edilməsi çağırışı ilə Beynəlxalq Cinayət Məhkəməsinin prokuroruna müraciət edib”. Qeyd edək ki, ötən ilin iyununda Böyük Britaniya Moskva və Bütün Rusiyanın Patriarxı Kirilə qarşı sanksiyalar tətbiq edib. 2023-cü ilin aprelində Çexiya hökuməti patriarxı sanksiyalar siyahısına əlavə edib.

  //Samir Qurbanov,Editor.az