Estoniya NATO ölkələrini müdafiə xərclərini artırmağa çağırıbbackend

Estoniya NATO ölkələrini müdafiə xərclərini artırmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“NATO dövlətləri müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmalıdır”.

Bu sözləri Estoniyanın baş naziri Kaja Kallas deyib.

Onun sözlərinə görə, Ukraynadakı vəziyyətlə əlaqədar bu gün təhlükə soyuq müharibə dövründəkindən daha böyükdür: “Mən bunu NATO səviyyəsində də təşviq edirəm… 1988-ci ilə baxın, bütün NATO müttəfiqləri ÜDM-in 2%-dən çoxunu müdafiəyə xərcləyiblər. Niyə? Çünki təhlükənin ciddi olduğunu düşünürdülər. Amma indi təhlükə Soyuq Müharibə dövründəkindən daha böyükdür…”.

Daha əvvəl bildirilmişdi ki, NATO müdafiə xərclərini artırmağı və bu sahəyə ÜDM-in ən azı 2 faizini xərcləməyi planlaşdırır.

Qeyd edək ki, Estoniya NATO-da kamikadze pilotsuz uçuş aparatları bölməsini yaradan ilk ölkə olmaq qərarına gəlib.

//Gülnarə Abasova, Editor.az