Estoniya Rusiyaya qarşı vahid NATO cəbhəsi yaratmaq istəyirbackend

Estoniya Rusiyaya qarşı vahid NATO cəbhəsi yaratmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Estoniyanın xarici işlər naziri Conatan Vseviov NATO təyyarələrinin Rusiya şəhərlərinə göndərilməsi ehtimalını gündəmə gətirib və alyans rəhbərliyinə ölkəsinin döyüş təyyarələrinin hava məkanını pozduqları təqdirdə müttəfiqlərin sərhədi keçməsinə icazə verilməsini təklif edib.

Teleqraf-a müsahibəsində Vseviov qeyd edib ki, Estoniya Rusiyaya qarşı vahid NATO cəbhəsi göstərmək istəyir: “Biz Rusiyanın başa düşməsini istəyirik ki, onun döyüş təyyarələri müttəfiqlərin hava məkanında işləyə biləcəyi vahid NATO, vahid cəbhə ilə qarşılaşacaq.

Əgər Rusiya Estoniyadakı alyansa doğru təyyarə göndərsə və Murmanski müdafiəsiz qoysa, o zaman digər müttəfiq təyyarələr Murmanska doğru istiqamət ala bilər”, – o bildirib.

//Samir Qurbanov, Editor.az