Estoniya Ukraynaya rekord hərbi yardım paketi təqdim edəcəkbackend

Estoniya Ukraynaya rekord hərbi yardım paketi təqdim edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 19-da Estoniya hökuməti Ukraynaya 113 milyon avro hərbi yardım ayırmaq qərarına gəlib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu yardım paketi hərtərəfli müharibə zamanı ölkənin bağışladığı ən böyük yardım paketi olacaq. Bu dəfə hərbi yardım paketinə haubitsa və döyüş sursatları daxildir.

Yardım paketinə daxildir:

– 155 mm və 122 mm-lik haubitsa;  -minlərlə mərmi və yük maşını;

-yüzdən çox Carl-Gustav tank əleyhinə silah;

– onlar üçün mindən çox sursat.

Bildirilib ki, Estoniya da daxil olmaqla, ölkələrə azadlıq və demokratiyanı bərpa etmək üçün Ukraynaya hərbi yardımın davam etdirilməsi qaçılmazdır.

//Gülnarə Abasova, Editor.az