Estoniyanın baş naziri NATO-nun Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə təlim keçməyə başladığını bildiribbackend

Estoniyanın baş naziri NATO-nun Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə təlim keçməyə başladığını bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir çox NATO nümayəndələri hazırda Ukrayna Silahlı Qüvvələrinin (AFU) əsgərlərinə təlim keçir.

Editor.az xəbər verir ki, bunu Financial Times (FT) qəzetinə müsahibəsində Estoniyanın baş naziri Kaja Kallas deyib. O, xəbərdarlıq edib ki, Rusiya Silahlı Qüvvələrinin gülləsi təlimçi heyətinə dəysə, bu, Şimali Atlantika Müqavilənin kollektiv cavab tələb edən 5-ci maddəsinin yerinə yetirilməsinə bərabər olmayacaq. Baş nazirin sözlərinə görə, Şimali Atlantika Alyansının hər bir ölkəsi kadrların göndərilməsi ilə bağlı riskləri daşıyır. O hesab edir ki, bu cür addımları eskalasiya hesab etmək olmaz.

Eyni zamanda, Kallasdan Estoniyanın Ukraynada döyüşçülər hazırlayacağı sualı verilib. Baş nazir “bu açıq sualdır və heç nəyi istisna etmək olmaz”,-deyə cavab verib

//Gülnarə Abasova, Editor.az