Etibar Əliyev: “Otağa çin oyuncaqlarını yığıb, dala-qabağa fırlatmaqla…”backend

Etibar Əliyev: “Otağa çin oyuncaqlarını yığıb, dala-qabağa fırlatmaqla…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

““Facebook”, “Google”, “Amazon” kimi qlobal informasiya kompaniyaları ilə yanaşı, Amerika və ərəb investisiya fondları Hindistanın informasiya sferasına yatırımlar etmək və bu ölkənin informasiya kompaniyaları,  o cümlədən JİO Platformsla əməkdaşlıq etmək istəyirlər. Bütün dünyanın ən yaxşı informasiya texnologiyaları (İT) müttəxəsislərinin 4-dən 3-ü hindlilərdir. Banqalor şəhərində Hindistanın İT-eksportunun 38 faizi istehsal olunur. Mütəxəssislərin qənaətinə görə, yaxın zamanlarda bu vadi dünya informasiya texnologiyalarının əsas mərkəzi sayılan San-Fransiskonun Silikon vadisini ötəcək. Hindistanlı gənclər ildə ölkələrinə 150 milyard dollar vəsait qazandırırlar. Rusiya təhsil nazirliyinin məlumatına görə, son 3 ildə İT mütəxəssisləri üçün dövlət hesabına ayrılan yerlər 15 min nəfər artırılıb. 2022/23 -cü tədris ilində ali məktəblərə rəqəmsal iqtisadiyyat üçün 160.413 nəfər (63 ixtisasdan) dövlət hesabına yerlər ayrılıb. Ruslar hesab edirlər ki, onlara 500.000-dən çox bu sahə üzrə mütəxxəssis lazımdır. Bu ölkəni İT mütəxəssisləri kütləvi şəkildə tərk edirlər. Təkcə ötən il onları sayı 100.000 nəfərə çatıb (“Arqumentı i faktı” qəzeti). Bunun qarşısını almaq üşün onlara müxtəlif stimullaşdırıcı güzəştlər tətbiq edirlər. İsrail rəsmilərinin məlumatına görə, İT mütəxəssisləri ən çox bu ölkəni tərk edirlər. Onlar da bu vacib ixtisas sahiblərini ölkədə saxlamaq üçün mexanizmlər axtarırlar. İT seqmentində işləyən cavanların əlavə vaxt itirməmələri üçün onların işini Orduda alternativ xidmət səviyyəsində tuturlar. Əlbəttə ki, təhsil müasir dövrdə maraqlı, müəyyən mənada zamanı qabaqlayan həyati vacib məsələlərə yönəlməlidir. Buna görə bütün dünyada olduğu kimi bizdə də normal şərait yaradılarsa mütəxəssisləri ölkədə saxlamaq mümkün olacaq. Bəs, bizdə İT mütəxəssisləri hansı ali məktəbdə hazırlanır? Bacarıqlı müəllimlər varmı? Ölkədə neçə nəfər İT mütəxəssisi var? Neçəsi ölkəni tərk edib? Kadr hazırlığı məsələlərində rəqabət mühiti necədir? Bu peşəni seçənlərə hansı güzəştlər olunur? Mən bu cür təhlillərə rast gəlməmişəm”.

Bunu deputat Etibar Əliyev bildirib.

E.Əliyev qeyd edib ki, İT mütəxəssisləri təkcə auditoriyalarda yetişə bilməzlər, kiçik də olsa, vadi yaratmaq lazımdır: “Bizimkilərin başı “Steam-steam” oynundan açılsa, bu barədə düşünərlər. Əlbəttə ki, baş və istək olsa. “Steam” çox maraqlı və əhəmiyyətli sinerjidir. Nə fayda, bunu da urvatsız elədilər. Bir neçə otağa çin oyuncaqlarını yığıb, dala – qabağa fırlatmaqla  “innovasiyalar” adı altında  külli miqdarda vəsaiti qamarlamağın vaxtı keçəndən sonra harada qaldığımızı görəcəksiniz. Ən sürətlə dala-qabağa gedən oyuncağı Bakı Avropa liseyində gördüm. Bir neçə gün sonra isə təsadüfə həmin oyuncağın bənzərini parkda azyaşlı uşaqların oynatdığını müşahidə elədim. Paytaxtın mərkəzində yerləşən məktəblərdə belə, internet yoxdur, komputerlər bərbad vəziyyətdədir. Bunlar isə xaricə 50 nəfərin turist səfərini təşkil edib, 10 minlərlə dollar vəsaiti havaya sovururlar”.

Pravda.az