Etibar Mirzəyev: “Türk qardaşlarımız, can qardaşlarınız yanınızdadır”backend

Etibar Mirzəyev: “Türk qardaşlarımız, can qardaşlarınız yanınızdadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qeyd etmək istərdim ki, Türkiyə və Azərbaycan qardaş ölkədir. Biz daim bu millətin, qardaşımızın yanında olacağıq”.

Bu fikirləri Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

“Eyni millət, eyni din, eyni xalq və bu ayrılmaz qardaşlıq, dostluq mübasibətidir. Necə ki, Türkiyə Azərbaycan xalqının yanında olmuşdu. Biz də Türkiyə dövlətinin yanındayıq. Həmişə bizə “can Azərbaycan” deyən türk qardaşlarımız, can qardaşlarınız yanınızdadır. Biz sizinlə qürur düyuruq.

Türkiyə dövləti böyük, mətin və qəhrəman millətdir. Bu meşə yanğınların qarşısı da Azərbaycan qardaşları ilə birlikdə alınacaq. Sizin meşəniz yanmır, bizim meşəmiz yanır”, – deyə E.Mirzəyev əlavə edib.

//Report

Loading...