Ətin qiyməti qalxır: Birdəfəlik imtina edək? – Vacib məsləhət Ət niyə bahalaşır?backend

Ətin qiyməti qalxır: Birdəfəlik imtina edək? – Vacib məsləhət Ət niyə bahalaşır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Elə bilirik ki, ət, çörək olmasa, yaşaya bilmərik”.

Bunu Yenisabah.az-a açıqlamasında dietoloq Dürrə İsmayılova deyib.

Onun sözlərinə görə, ət həftədə bir dəfə yeyilsə kifayətdir.

Dietoloq Yeni il girəndən bəri Azərbaycanda ətin bahaıaşması ilə əhali arasında yaranan narahatlığa münasibət bildirib.

Sirr deyil ki, azərbaycanlılar ət yeməyə meyllidirlər. Süfrədə ətsiz xörək olmadıqda bunu qəbahət sayırlar. Hətta cəmiyyətdə “ət yeməyəndə elə bil heç nə yeməmişəm” kimi deyim mövcuddur.

Buna səbəb nədir? Niyə ət qida rasyonumuza vazkeçilməz sayılır? Gündəlik qida rasyonumuzda əti başqa hansı məhsulla əvəz etmək olar?

Dürrə İsmayılova qeyd edib: “Mən həmişə deyirəm ki, Azərbaycanda insanların həyat tərzi bu qidalarla müəyyənləşib: ət, şəkər, un. Biz bunlarla böyümüşük. Buna görə insanları əks-maarifləndirmə çox vaxt aparır.

10 ildir bu işlə məşğulam və çox sayda insanı özümə cəlb edə bilmişəm. Ümumiyyətlə, qırmızı ətin yeyilməsinin tərəfdarı deyiləm, bəzən quzu əti yemək olar.

Ətin qiymətinin qalxmasının səbəbi, yəqin ki təlabatın olmasıdır. Məncə, bu tələbat dəyişməlidir. Ət həftədə bir dəfə yeyilsə, kifayətdir. Onu daha çox tərəvəzlər, göbələk, müxtəlif ləpələr, badam, qozla əvəz etmək olar”.