Etirazlar İranı dəyişənə qədər davam edəcək:”Həbs olunacağını bildiyi halda cəmiyyət prosesləri idarə etməyə çalışır”-ŞƏRHbackend

Etirazlar İranı dəyişənə qədər davam edəcək:”Həbs olunacağını bildiyi halda cəmiyyət prosesləri idarə etməyə çalışır”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın baş prokuroru şənbə günü “Əxlaq” polisinin fəaliyyətinin dayandırılması ilə bağlı bildirib ki, bu qurumun fəaliyyətinin Məhkəmə sistemi ilə heç bir əlaqəsi yoxdur və “keçmişdə yaradıldığı mənbədən bağlanıb”.Məhəmməd Cəfər Müntəziri son etirazlarla bağlı keçirilən qondarma “təbliğat fəaliyyəti” adlı toplantıda Əxlaq polisinin ləğvinin səbəbini soruşan iştirakçılardan birinə cavabında deyib: “Cəmiyyətin davranışlarına bundan sonra hüquq mühafizə orqanları nəzarət edəcək”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva bildirib.

Onun sözlərinə görə, cəmiyyətin əxlaqını başı əmmaməli mollalar deyil, əli silahlı SEPAH-çılar qoruyacaq:

“Məntiqlə də , etirazlarda gənclərin trendi olan “hərəyə bir əmmamə yerə ataq” kampaniyası kimi şeylər olmayacaq, çünki əli silahlı sepahçının papağını yerə ata bilməyəcəklər.İİranbunu etirazların fonunda hakimiyyətin mütərəqqi addımı kimi qələmə versə də bu, əksinə sərtləşməyə getmək deməkdir”.

Yeganə Hacıyeva açıqlamadan bir gün sonra fikrin təkzib edilməsinə də münasibət bildirib: “Bu açıqlamaların kifayət etmədiyini anlayan İran həmçinin hicabın məcburi daşınmasının qarşısını almağa çalışır. Hicabın daşınmasını ləğv edə bilərlər. Bu amil də İran etirazlarının nəticəsidir. İranda cəmiyyət fərqindədir ki, ara sakitləşən kimi hakimiyyət qisas alacaq. Əxlaq Polisinin güc və təhlükəsizlik strukturlarına transferi qisas almaqla bağlı fikirləri formalaşdırır. Sonda həbs olunacağını bilən cəmiyyət prosesi idarə etmək istəyir. Burada daxili və xarici əsaslar da var. Uzun illər İrandan qaçaq salınmış xaricdəki mühacir alimlər, siyasətçilər və digərləri də fərqindədir ki, müəyyən dəyişikliklər baş verməlidir. Bütün bu dəyişikliklərin hərəkətverici qüvvəsi İran cəmiyyətidir. Onlar simvolik dəyişikliklər istəmir. Bu SSRİ-dəki proseslərin davamı kimi görünür. Etirazlar İranı dəyişənə qədər davam edəcək. Molla rejimi islahatlara getməyəcək. Onların dünya görüşü din ətrafındadır. Bu etirazlar hər hansı vasitəyə, əxlaq polisinə qarşı deyil, ümumilikdə dini idarəyə qarşıdır”.

//Safura Bənnayeva, Editor.az