“Etna” fəallaşdı: Siciliya adası vulkan külü ilə örtüldübackend

“Etna” fəallaşdı: Siciliya adası vulkan külü ilə örtüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siciliyada Etna vulkanı fəallaşıb. Ada yaş vulkan külü ilə örtülüb.

Editor.az bildirir ki, bu barədə “İndependent” xəbər verir. Səlahiyyətlilər uçuşları dayandırmalı olduğunu bildiriblər. Çünki Avropanın ən aktiv vulkanı təkcə uçuş-enmə zolaqlarına deyil, bir sıra şəhərlərə, o cümlədən Kataniyaya qalın kül qatı yağdırıb.

Hava limanının rəsmiləri vəziyyəti yaxından izlədiklərini və şərtlər imkan verən kimi uçuşları bərpa edəcəklərini bildiriblər. Bu arada elm adamları son günlər titrəyiş aktivliyinin artması əlamətlərini qeydə alıblar. Yaxınlıqdakı şəhərlərin sakinləri bazar günü vulkandan gələn güclü partlayış səsləri eşitdiklərini bildiriblər. Sakinlərə xəbərdarlıq edilib ki, vulkanik aktivliyin artması səbəbindən Etnanın fəaliyyətində “qəfil” dəyişikliklər də baş verə bilər.

  //Samir Qurbanov,Editor.az