Etna vulkanı İtaliyada yenidən kül və lava püskürdü: Uçuşlar dayandırıldıbackend

Etna vulkanı İtaliyada yenidən kül və lava püskürdü: Uçuşlar dayandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın aktiv vulkanlarından biri olan Etna dağı yenidən kül və lava püskürüb, uçuşlar axşam saatlarına qədər dayandırılıb.

Editor.az xəbər verir ki, Siciliya adasında təxminən 3300 metr yüksəklikdə olan Etna dağında son həftələrdə müşahidə edilən vulkanik hərəkətlərə yenisi əlavə edilib.

İtaliyanın aktiv vulkanlarından biri olan Etna dağı yenidən kül və lava püskürüb. İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Etna Müşahidə Stansiyasından verilən açıqlamaya görə, Etna dağı dünən axşam saatlarında kül və lava püskürtməyə başlayıb, gecə yarısı bu fəaliyyəti dayandırıb. Vulkanın yaydığı kül təxminən 9,5 kilometr hündürlüyə çatıb.

Yerli mətbuatın məlumatına görə, Etna dağının səpdiyi küllər vulkanın ətəyindəki yaşayış məntəqələrinə düşüb, bəzi yaşayış məntəqələrində kül təmizləmə işlərinə başlanılıb.

//Gülnarə Abasova, Editor.az