EUFOR Althea əməliyyatının qərargah rəisi, briqada generalı qəfil dünyasını dəyişibbackend

EUFOR Althea əməliyyatının qərargah rəisi, briqada generalı qəfil dünyasını dəyişib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ-nin Bosniya və Herseqovinadakı EUFOR Althea əməliyyatının qərargah rəisi, polşalı briqada generalı Adam Markzak “təbii səbəblərdən” dünyasını dəyişib.

Editor.az bildirir ki, Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı “qəfil ölüm” barədə məlumat verib. “Dərin kədərlə bildiririk ki, 26 mart 2024-cü il çərşənbə axşamı günü Monsda Aİ-nin Althea əməliyyatının qərargah rəisi, briqada generalı Adam Markzak vəfat edib.

Generalın qəfil ölümü təbii səbəblərdən asudə vaxtlarında baş verib”, – komandanlığın X sosial şəbəkəsindəki bəyanatında deyilir. Markzak əvvəllər Əfqanıstan və Bosniya və Herseqovinada Aİ və NATO əməliyyatlarının komandanlığında müxtəlif vəzifələrdə çalışıb. 2021-ci ildən Strasburqdakı Eurocorps komandanlığının qərargah rəisinin müavini vəzifəsində işləyib.

Bu yaxınlarda o, Monsda yerləşən EUFOR Althea-nın Bosniya və Herseqovinadakı Baş Qərargah rəisi olub.

//Samir Qurbanov, Editor.az