Yerevan Bakı ilə sülh müqaviləsi imzalanana qədər EUMA Avropa missiyasının Ermənistanda olacağına ümid edir.
Editor.az bildirir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan müvafiq bəyanatla çıxış edib. Erməni siyasətçi missiyanın Ermənistanda fəaliyyətini davam etdirdiyini təsdiqləyib.
Simonyan həmçinin EUMA əməkdaşlarına və onun fəaliyyətə başlamasında iştirak edən ölkələrə təşəkkürünü bildirib. “Və ümid edirik ki, heç olmasa sülh müqaviləsi bağlanana qədər müşahidəçilər burada olacaqlar” – Simonyan deyib. Parlament rəhbəri aydınlaşdırıb ki, Ermənistan-Azərbaycan sülh müqaviləsi bağlanandan sonra missiya üzvlərinin Ermənistan ərazisində qalıb-qalmayacağı barədə dəqiq söz deyə bilməz.
//Samir Qurbanov, Editor.az

