Eurovision Mahnı Müsabiqəsi ərəfəsində İsveçdə Quranın yandırılması aksiyası keçiriləcəkbackend

Eurovision Mahnı Müsabiqəsi ərəfəsində İsveçdə Quranın yandırılması aksiyası keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç polisi Quranın yandırılmasının planlaşdırıldığı aksiya keçirməyə icazə verib. Tanıtım sabah, mayın 3-də ölkədə Eurovision Mahnı Müsabiqəsi həftəsinin başlamasına bir gün qalmış baş tutacaq.

Editor.az “Gteborgs-Posten” qəzetinə istinadən xəbər verir ki, müqəddəs kitabın yandırılması mahnı müsabiqəsinin keçiriləcəyi Malmö şəhərinin mərkəzindəki Qustav Adolf meydanında keçiriləcək.

Şəhər polisinə şənbə və bazar günləri də oxşar tədbirlərin keçirilməsi ilə bağlı müraciətlər daxil olub. Nəşrin məlumatına görə, gələn həftə şəhərdə Fələstin tərəfdarıları mayın 9 və 11-də iki mitinq, İsrail tərəfdarı isə mayın 9-da mirinq keçirəcək. Bütün bu müddət ərzində müxtəlif ölkələrdən 100 minə yaxın insanın ziyarət edəcəyi gözlənilən Malmödə Eurovision həftəsi baş tutacaq.

Müsabiqənin yarımfinalları mayın 7-də və 9-da şəhərdə, finalı isə mayın 11-də keçiriləcək.

Xatırladaq ki, İsveçdə artıq bir neçə dəfə Quran yandırma tədbirləri keçirilib. Bir neçə belə nümayiş 2023-cü ilin yayında baş tutub və müsəlman ölkələrinin əhalisi və hakimiyyət orqanlarının mənfi reaksiyasına səbəb olub. Bununla belə, krallığın hakimiyyət orqanları bundan sonra müqəddəs kitabların təhqir olunması ilə bağlı qanun qəbul etmək niyyətində olmadıqlarını bildiriblər. İsveçin baş naziri Ulf Kristerssonun sözlərinə görə, belə bir qadağa üçün ölkə Konstitusiyasının dəyişdirilməsi tələb olunacaq.

//Samir Qurbanov, Editor.az