Ev sahibindən şəhid ailəsinə BÖYÜK JEST – Hər kəsi kövrəldən addımbackend

Ev sahibindən şəhid ailəsinə BÖYÜK JEST – Hər kəsi kövrəldən addım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qardaşımın hərbçi yoldaşı döyüşlərdə şəhid olub. Deyir çox cəsur və qorxmaz oğlan idi. Yaralansa da, hospitala göndərə bilmədik. Getmədi”.

Publika.azxəbər verir ki, bu sözləri tanınmış jurnalist Xəqani Səfəroğlu bildirib.

O əlavə edib ki, şəhidin 3 uşağı qalıb: “Onlar kirayədə yaşayırdı. Kirayədə qaldığı evin sahibi indi onun ailəsini heç yerə buraxmır. Yoldaşına deyib ki, bu qaldığın evi sənə verirəm. Uşaqlarını böyüt, sən mənim övladım, uşaqlar nəvələrim oldu”.

Jurnalist sonda qeyd edib: “Ordumuz baş tacımızdır. Şəhidlər və onların yadigarları ən yaxşılara layiqdirlər. Onlara ömürlük borcluyuq”.