“Evdə doğuş halları daha çox rayonlarda, kəndlərdə baş verir”- İnsanlar icbari tibbi xidmətlər barədə MAARİFLƏNDİRİLMƏLİDİRbackend

“Evdə doğuş halları daha çox rayonlarda, kəndlərdə baş verir”– İnsanlar icbari tibbi xidmətlər barədə MAARİFLƏNDİRİLMƏLİDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Doğuş tibbi sığorta paketinə salınmış tibbi xidmət növlərindən biridir. Odur ki, əvvəllər bəzi vətəndaşların pulu yetməməsi səbəbilə xəstəxanada doğuşa imkan olmaya bilərdi, ancaq indi tibbi sığorta ilə bu problem həll olunub. Azərbaycan Respublikasının qadın cinsində olan bütün vətəndaşlarına qeydiyyat yeri üzrə göndərilmək şərti ilə doğuşla bağlı bütün tibbi xidmətlərdən istifadə imkanı yaradılıb”.

Bunu Editor.az-a açıqlamasında hüquqşünas Fərhad Mehdiyev deyib.

Onun sözlərinə görə, keçmişdə imkansızlıq səbəbilə evdə doğuş həyata keçirirdilərsə, indi buna ehtiyac qalmayıb:

“Əgər hazırki durumda belə bir hall baş verərsə günah kimdədir? Əvvəl vətəndaş belə bir səbəb irəli sürə bilərdi ki, imkansızlıq səbəbilə evdə doğuş edib. Belə halda məsuliyyət qərar verən şəxsin üzərinə düşür ki, əsasən qərar verən şəxs da ailə başçısı olur. Doğuşda mənfi hal baş verərsə, bunları nəzərə almaq lazımdır.

Bu gün ölkədə doğuş zamanı mənfi halların baş verməməsi üçün doğuşdan əvvəl hamilə qadının mütəmadi olaraq yoxlanışlardan keçməsinə görə hər bir tibbi xidmət sığorta ilə qarşılana bilər. Evdə doğuş halları isə daha çox rayonlarda, kəndlərdə baş verir. Hesab edirəm ki, bütün ictimaiyyəti tibbi sığorta ilə bağlı daima maarifləndirmək lazımdır. Xüsusilə kənd icra nümayəndəlikləri insanları bu istiqamətdə müvafiq olaraq xəbərdar etməli, maarifləndirməlidir”.

//Gülnarə Abasova, Editor.az