“Evdə inqilaba imkan verməyəcəyik” – Putin Qazaxıstanı öz evi elan etdibackend

“Evdə inqilaba imkan verməyəcəyik” – Putin Qazaxıstanı öz evi elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“KTMT Qazaxıstandakı vəziyyətə operativ reaksiya verdi”.

Bunu Rusiya prezidenti Vladimir Putin KTMT ölkələrinin liderlərinin onlayn-sammitində deyib.

“Biz anlayırıq ki, Qazaxıstanda yaranmış təhlükə yanacağın qiymətlərinə görə deyil, daxili və xarici güclərin vəziyyətdən istifadə etməsidir”, – Putin əlavə edib.

Rusiya prezidenti qeyd edib ki, Qazaxıstandakı hadisələr MDB dövlətlərinin daxili işlərinə kənardan müdaxilənin ilk, yaxud son cəhdi deyil:

“KTMT-nin gördüyü təcili tədbirlər onu deməyə əsas verir ki, biz evimizdə heç bir xarici qüvvəyə vəziyyəti gərginləşdirməyə və rəngli inqilabların reallaşmasına imkan verməyəcəyik.

//milli.az