Evdə qumbara partladı, iki nəfər öldübackend

Evdə qumbara partladı, iki nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyevdə yaşayış binasında qumbaranın partlaması nəticəsində iki nəfər həlak olub.

Editor.az bildirir ki, bu barədə Kiyev polisinin rabitə şöbəsi məlumat yayıb. Məlumata görə, hadisə paytaxtın
Dnepr rayonunda baş verib. Axşam saatlarında kişi polisə qonşu mənzildə partlayış səsi eşitdiyini bildirib. Hadisə yerinə polis və həkimlər gəlib. İlkin olaraq məlum olub ki, qumbaranın partlaması nəticəsində evdə olan hərbçi və qadın ölüb.

Mərhumun qardaşı olan daha bir nəfər xəsarət alıb və həkimlər tərəfindən xəstəxanaya yerləşdirilib. Hazırda partlayış yerində partlayıcı mütəxəssisləri, əməliyyat-istintaq qrupu və kriminoloqlar işləyir.

//Samir Qurbanov, Editor.az