Türkiyənin Diyarbəkir şəhərində pis qoxular gəldiyi üçün evə girən polislər dəhşətli mənzərə ilə qarşılaşıb. Evdə yaşayan Bozan Yılmaz hərəkətsiz vəziyyətdə tapılıb.
Qonşuların pis qoxu gəldiyini bildirməsi üzərinə Ergani rayonunun Kemaliye Məhəlləsindəki bir evə sağlamlıq, xilasetmə və polis qrupları sövq edilib. Uzun müddət zəng çalmasına baxmayaraq açılmayan qapı qırılıb. İçəri girən qruplar Bozan Yılmazı yerdə hərəkətsiz vəziyyətdə tapıblar.
Yoxlama zamanı Yılmazın öldüyü müəyyən edilib. Bədənində heç bir xəsarət və kəsik izi olmayan və təxminən 4 gün əvvəl öldüyü ehtimal edilən Bozan Yılmazın cəsədi ekspertiza üçün morga aparılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Samir Qurbanov, Editor.az

