Evdən qaçan meymun qadının qulağını qopardı – VİDEObackend

Evdən qaçan meymun qadının qulağını qopardı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Oklahoma ştatının Dixon şəhərində evdən qaçan meymun qadının qulağını qoparıb.

Editor.az lent.az-a istinadən bildirir ki, şəhər sakini Brittani Parker pəncərədən baxanda evinin qapısını açmağa çalışan meymunu görüb. Qadın polisə müraciət edib. Amerikalı qadın hüquq-mühafizə orqanlarının əməkdaşları ilə görüşmək üçün bayıra çıxanda meymun ona hücum edib, saçını yolub və qulağını qoparıb.

Hücumdan sonra meymun qaçıb. Çox keçmədən iki atəş səsi eşidilib. Məlum olub ki, Parkerin qohumu meymunu taparaq güllələyib. Polis heyvanın sahibinin adını açıqlamasa da, xüsusi icazə olmadan primatların saxlanmasının qanunsuz olduğunu aydınlaşdırıb.

Amerikalı qadının üzü zədələnib və qulağının bərpası üçün əməliyyat lazımdır. O, artıq işləyə bilməyəcəyini vurğulayıb.