“Everton” Batşuayi üçün danışıqlara başlayıbbackend

“Everton” Batşuayi üçün danışıqlara başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə Premyer Liqasında mübarizə aparan “Everton” klubu Türkiyənin “Beşiktaş” klubunda icarə əsasında oynayan Miki Batşuayini transfer etmək üçün danışıqlara başlayıb. Editor.az İngiltərə mediasına istinadən xəbər verir ki, “Çelsi” transfer məbləği qarşılığında Batşuayini transfer etməyə maraqlıdır. Buna səbəb “zadəganlar”ın Batşuayiyə verdiyi maaş yükündən xilas olmaq istəyidir.

Qeyd edək, arxada qoyduğumuz mövsümdə Batşuayi “qara qartal”ın heyətində 14 qola imza atıb.

//Nəzərbəy Hacıağayev, Editor.az