İngiltərənin şimalında, Bredfordda üç uşaq anası qadın ukraynalı qaçqın Sofiyaya evində sığınacaq verdikdən 10 gün sonra əri “Sofiyaya aşiq oldum” deyərək evi tərk edib.
Editor.az xarici mətbuata istinadən xəbər verir ki, Lorna Qarnet əri Toni Qarnetin ondan boşanmasında səbəbkar kimi ukraynalı qaçqın Sofiyanı göstərib. Qarnet bununla bağlı İngiltərənin nüfuzlu “Sun” qəzetinə açıqlama verib.
“Qaçqın qonağa aşiq olduğunu və ömrünün qalan hissəsini onunla keçirmək istədiyini söylədikdə 10 illik evlilik bitdi. Evə ehtiyacı olan birinə kömək etməyin düzgün olduğunu düşündüm. O isə həyatımı fəlakətə döndərdi. 10 günün içində həyatım məhv oldu”, -deyə Lorna Qarnet bildirib.
Məsələ ilə bağlı açıqlama verən Toni Qarnet isə bildirib ki, bu sevgi planlaşdırılmış bir şey deyildi.
Qeyd edək ki, İngiltərə hökuməti vətəndaşlardan öz evlərində ukraynalı qaçqınlara sığınacaq verməyi xahiş edib. Hökumət hətta bunun qarşılığında vətəndaşlara pul da ödəyir.
//Nəzərbəy, Editor.az

