Evlənmək istəyənlərdə QİÇS və sifilis aşkarlandıbackend

Evlənmək istəyənlərdə QİÇS və sifilis aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Mart ayı ərzində nikaha daxil olmaq istəyən və icbari tibbi müayinədən keçən 84 nəfərdə sifilis, 15 nəfərdə isə QİÇS aşkar edilib.
Oxu.Az-ın məlumatına görə, ötən ay ərzində ümumilikdə 8624 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib.
262 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan dörd cütlük müəyyənləşdirilib.
Qeyd edək ki, 2020-ci ildə 75 857 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib. Onlardan 2541 nəfərdə talassemiya daşıyıcılığı, 540 nəfərdə sifilis, 110 şəxsdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 48 olub.
Xatırladaq ki, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçməsi mütləq sayılır.