Türkmən qız evlənmək üçün Azərbaycanda yayımlanan verilişə qatılıb.
“ATV” televiziyasında yayımlanan “Bizimləsən” verilişinə evlənmək üçün müraciət edən türkmən qızı dedikləri ilə aparıcı Zaur Baxşəliyevi təəccübləndirib.
Qız Zaura heyran olduğunu bildirib:
“Bakını çox bəyəndim, çox gözəldir, heyran qaldım” deyə bildirən qıza Zaur “bəs bizim bəyləri bəyəndiniz?” sualını verib, türkmən qız isə cavabında “sizə heyranam”, – cavabını verib.
Zaur bu cavabdan sonra təəccüblənərək evli olduğunu bildirib. Aparıcı həyat yoldaşı Günaya zəng edərək verilişə baxmasını istəyib.
Həmin görüntüləri təqdim edirik:
Azxeber

