backend

Evləri söküləcək insanlara veriləcək yeni mənzillər necə olacaq? – RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
1-ci mikrorayonda işlərin yerinə yetirilməsinə özəl şirkətlərin vəsaitləri cəlb olunacaq.
Bunu FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib. O bildirib ki, Bakının 1-ci mikrorayonunda evləri söküləcək insanlara sonradan yeni binalarda veriləcək mənzillərin sahəsi əvvəlki mənzillərlə müqayisədə 10 faiz artıq olacaq: “Söküntü-tikinti işləri aparılan zaman vətəndaşların kirayədə qalmaları üçün onlara kompensasiya da veriləcək”.
E.Əsədov qeyd edib ki, ilk növbədə, 5 mərtəbəli binaların sökülməsi və onların yerində yeni 20 mərtəbəli binaların inşası nəzərdə tutulub: “Söküntü və tikinti işləri 3 mərhələdə aparılacaq”.
///APA