Evli qadına təcavüz edib həbs olundu – Orada da qadın nəzarətçi ilə münasibət qurdu – İnanılmazbackend

Evli qadına təcavüz edib həbs olundu – Orada da qadın nəzarətçi ilə münasibət qurdu – İnanılmaz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərədə evli qadına evində təcavüz etdiyi üçün həbs olunan Keyd Sibtorp adlı şəxs həbsxanada da rahat oturmayıb.

Editor.az qərb mediasına istinadən xəbər verir ki, Sibtorp həbsxanada tanış olduğu qadının qılığına girib və onunla da cinsi əlaqədə olub, onu da hamilə qoyub. Cütlük həbsxananın təmizlik sexində yaxalandıqdan sonra rəhbərlik qadın mühafizəçini başqa yerə köçürüb. Ancaq yenidən görüşməkdə davam ediblər. Günlərin birində isə cütlük ayrılmaq qərarına gəlib. Qadın Sibtorpə hamilə olduğunu, lakin uşaq sahibi olmaq istəmədiyini deyib. Sibtorpun təpiyi ilə yerə yıxılan qadının qarnındakı körpə tələf olub.

Şikayətdən sonra Sibtorp yenidən həbsxanaya göndərilib. Əvvəlki məhkumluqlarını nəzərə alaraq, onun barəsində 21 ay həbs cəzası çıxarılıb.