Əvvəlcə İrəvan sərhədini müəyyən etsin, sonra qoruyaq!backend

Əvvəlcə İrəvan sərhədini müəyyən etsin, sonra qoruyaq!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanı istənilən hücumdan qorumaq üçün kollektiv təhlükəsizlik müqaviləsi çərçivəsində Gümrüdə Rusiya hərbi bazası yerləşir.

Editor.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı ekspert Aleksandr Perenciyev deyib.

Perenciyevin sözlərinə görə, bunun üçün Ermənistanın müasir sərhədləri dəqiq müəyyən edilməlidir:

“Bu, ona görə vacibdir ki, Rusiya bu ölkəyə yardım edən zaman hər hansı münaqişəyə müdaxilə etməsin”, – deyə ekspert bildirib.

Qeyd edək ki, Rusiya da bir neçə dəfə Ermənistana çağırış edərək, Azərbaycanla sərhədin demarkasiya və delimitasiyasına başlamağı təklif edib. Buna baxmayaraq, Ermənistan prosesi uzatmaqla məşğuldur.