Əvvəlki təhlükəli günlər qayıdacaq? – Mütəxəssis AÇIQLADI: COVİD bundan sonra…backend

Əvvəlki təhlükəli günlər qayıdacaq? – Mütəxəssis AÇIQLADI: COVİD bundan sonra…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İki ilə yaxın bir müddətdə SARS-Cov-2 virusunun müxtəlif dərəcəli patogenliyə malik ştammlarının törətdiyi klinik hallarla rastlaşdıq və buna müvafiq olaraq bəzi hallar yüngül, bir sıra hallarda isə ağır gedişatlı xəstəlik halları görüldü. Bu səbəbdən, qəti olaraq, müəyyən bir mülahizənin irəli sürülməsi, düzgün olmaya da bilər”.

Bunu  açıqlamasında həkim-infeksionist Könül İsmayılova deyib.

O bildirib ki, hər bir növ virus kimi COVİD-19 da müəyyən bir dövr keçdikdən sonra zəifləyib, mövsümi infeksiya xarakteri alacaq:

“Yaxın günlərdə Nature Medicine-də dərc olunmuş bir tədqiqatda Cənubi Kaliforniyada Omikron və Delta ştammı, eyni zamanda, Omikronun BA.1 və BA.2 subvariantlarının müqayisəsi aparılıb.

Tədqiqatın yekununda Omikron ilə yoluxma hallarının delta ilə olanlara nəzərən daha yüngül olması təsdiqlənsə də, Omikron BA.1 və BA.2 subtipləri ilə törədilən xəstəlik hallarının ağırlıq dərəcəsində fərq görülməyib.

Təhlükəsinə gəldikdə isə, hər bir növ virus, təbii olaraq, müəyyən bir dövr keçdikdən sonra zəifləyib mövsümi infeksiya xarakteri alır və yalnız tək-tək hallarda, yəni sporadik olaraq təzahür edə bilir.

COVİD-19-la bağlı olaraq da, təbii prosesin qanunauyğunluğu nəticəsində, müəyyən bir müddət keçdikdən sonra, əlbəttə ki, bu halın baş verməsi mümkündür”.

Milli.Az