Əxlaq Polisi ləğv edilir: İranda nə baş verir?-“Hakimiyyət ciddi şəkildə narahatdır”backend

Əxlaq Polisi ləğv edilir: İranda nə baş verir?-“Hakimiyyət ciddi şəkildə narahatdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Baş prokuroru Məhəmməd Cəfər Montazeri ölkədə Əxlaq polisinin ləğv ediləcəyini açıqladıqdan sonra etirazçıların nümayişlərə davam edib-etməyəcəyi maraq doğurur. BBC-yə danışan bəzi İran sakinləri hesab edirlər ki, artıq hicab azadlığı tələbi arxada qalıb, indi onları “rejim dəyişikliyi” düşündürür.

Əxlaq polisinin ləğvi təsdiq edilərsə, bu, güzəşt ola bilər, amma bunun hicablarını yandıran nümayişçilərin etirazlarını dayandırmaq üçün yetərli olacağına heç bir zəmanət yoxdur.

Mövzu ilə bağlı Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Editor.az-a açıqlamasında bildirib ki, İranda Əxlaq Polisi  2000-ci illərdə fəaliyyətə başlayıb:

” İnqilabdan sonra İran İslam Respublikasının siyasi, ideoloji, dini hədəflərinə, qaydalarına nəzarət üçün 30-ya yaxın təşkilat fəaliyyət göstərir. Son hadisələr Əxlaq Polisinin yarıtmaz fəaliyyətini sübut etdi. Bu polis məhkəməsiz  insanlara işgəncə verərək qətlə yetirib. Burada məqsəd nizam-intizam yaratmaq deyil, bu, birbaşa terrordur. Əxlaq Polisi öz həmvətənlərinə qarşı cinayət törətməklə məşğul olub. Bu baxımdan həmin təşkilatın fəaliyyətindəki cinayət hadisələrin araşdırılmasının vaxtı çoxdan gəlib çatıb. Hesab edirəm ki, İran b
Baş prokuroru Məhəmməd Cəfər polisin ləğvi ilə bağlı məsələdən başqa bu bölmənin fəaliyyətindəki cinayət tərkiblərinin araşdırılması məsələsinə də münasibət bildirməlidir. Əxlaq Polisi hələ rəsmi olaraq ləğv edilməyib. Ola bilsin ki, İran Daxili İşlər Nazirliyinin nəznində fəaliyyətini davam etdirsin. Ancaq yaxın gələcəkdə  İranda hicaba münasibətdə bir qədər yumşalmanın olacağı istisna edilmir. Ola bilər ki, qadınlar yarımhicab qaydasına keçsinlər. Çünki etiraz aksiyaları başlamazdan qabaq Əli Xamenei də bəyan etmişdi ki, İranda yarım hicab qaydasında  geyinən xanımları heç kəs cəzalandırmır. Bu baxımdan Əxlaq Polisinin ləğvindən yox, ümumi nəzarətin yumşaldacağından danışmaq olar”.

S. Soltanın sözlərinə görə, İranda son hadisələr göstərir ki, məsələ yalnız hicabın ləğvi və ya yumşaldılmasında deyil, daha ciddi problemlər var:

” Bu problemlər ilk növbədə hakimiyyətin dəyişdirilməsi ilə əlaqədardır. “Diktatora ölüm” şüarının arxasında hakimiyyətin dəyişməsi məsələsi dayanır. “Azadlıq, qadın, ədalət” şüarlarının arxasında İranda azadlıqların təmin olunması, ədalətli cəmiyyətin yaradılması dayanır. Yaxud Azərbaycan türklərinin “azadlıq, ədalət, Milli hökumət! ” şüarında milli haqların təmin olunması məsələsi dayanır. Odur ki, proses güc yolu ilə müvəqqəti olaraq dayandırılsa da bu hadisələr İranda daha ciddi dəyişikliklərə doğru davam edəcək. Məsələn, dekabrın 5-6-7-də ölkə üzrə ümumi etiraz aksiyaları elan olunub. Bu aksiyaların nəticəsi olaraq İrandakı proseslərin davamı barədə də daha optimal proqnozlar söyləmək olar. Hadisələr onu göstərir ki, İran hakimiyyəti baş verənlərdən ciddi narahatdır. İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin keçmiş islahatçılarla, siyasi xadimlərlə keçirdiyi görüşlər göstərir ki, İran hakimiyyəti qapılarını az da olsa xalqın üzünə açmaq niyyətindədir. Burda da əsas məqsəd mövcud gərginliyi azaltmağa cəhddir. Səlami beyan edib ki, məmurlar vətəndaşları məmnun etmək üçün daha çox işləməlidir. Bu tip ismarıclar deməyə əsas verir ki, hakimiyyət baş verənlərdən ciddi narahatdır və gərginliyi azaltmaq istiqamətində addımlar atmaq istəyir. Elə Əxlaq Polisi ilə bağlı baş prokurorun açıqlaması da bundan xəbər verir”.

//Gülnarə Abasova, Editor.az