“Əxlaqdan danışanlar bağlı qapı arxasında nə hoqqalar çıxarırlar” – Azərbaycanlı müğənnibackend

“Əxlaqdan danışanlar bağlı qapı arxasında nə hoqqalar çıxarırlar” – Azərbaycanlı müğənni

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məni səhnədə görənlər düşünürlər ki, açıq geyinir filan, başqa bir niyyətlə çağırırlar məclisə. Sən öləsən! Gedirəm oxuyuram da, yeyirəm də, içirəm də, oynayıram da. Kiminsə hünəri çatır mənə nəsə desin?! Deyənlərə də deyirəm ki, ağıllı ol”.

Editor.az xəbər verir ki, bunu müğənni Nüşabə Musayeva “Tolik ilə səmimi” verilişində deyib.

O bildirib ki, bir qadının ruhunda fahişəlik varsa, ailəli də olsa bunu edəcək:

“Ailəli olub başqa kişilərlə görüşən qadınlar var. Sən müğənni də ola bilərsən, sən rəqs də edə bilərsən. Sənin içində, canında fahişəlik yoxdursa, istəyirsən topuğundan geyin, istəyirsən qısa geyin, sən onu etməyəcəksən. Amma sənin içində, ruhunda fahişəlik varsa, sən ailəli də olsan, gedib onu edəcəksən. Əxlaqdan danışanlar bağlı qapı arxasında nə hoqqalar çıxarırlar. Mən deyirəm, heç kimdən də qorxmuram. Kimin də sözü var, gəlsin sübut edim”.