Cənubi Amerika ölkəsi Çilinin paytaxtı Santyaqoda həftəsonundan bəri davam edən mütəşəkkil cinayət qruplarının hücumlarında 10 nəfər həyatını itirib. Nəhayət, şənlikdə əylənən gənclərə silahlı basqın nəticəsində 5 nəfər həyatını itirib, 7 nəfər isə yaralanıb.
Çili mətbuatında yer alan xəbərə görə, paytaxt Santyaqonun Metropolitan bölgəsində boş bir ərazidə keçirilən şənlikdə əylənən gənclərə naməlum şəxslər tərəfindən silahlı hücum edilib. Hücum zamanı 5 nəfər hadisə yerində ölüb, 7 nəfər yaralı xəstəxanalara aparılıb.
Səlahiyyətlilər, hücumda iştirak etdiyi iddia edilən 6 nəfərin nəzarətə alındığını və əməliyyatların qətiyyətlə davam etdiyini bildirib.
//Samir Qurbanov, Editor.az

