Eyni gündə dəfn olunan ata-bala – Tükürpədici faktlar – VİDEObackend

Eyni gündə dəfn olunan ata-bala – Tükürpədici faktlar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda oğlunun şəhid olduğu xəbərini eşidən ata vəfat edib. 

Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə yüksələn Vadim Qocayevin atası Alik Qocayev ürəktutmadan dünyasını dəyişib.

Şəhid oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan 48 yaşlı ata oğlunun cənazəsini təhvil almazdan öncə infarkt keçirərək vəfat edib.

Editor.az bizim media-ya istinadən xəbər verir ki, Vadimin hərbçi olmasını atası hər kəsdən çox istəyirmiş. Elə buna görə də həmişə oğlunu dəstəkləyərək, əlindən gələni edib.

Hələ kiçik yaşlarından balasını heç bir zaman tək qoymayan ata, indiki məqamda da əməlinə sadiq oldu: O, Vadimlə birgə son mənzilə yollandı, qara torpağa tapşırıldı.

25 yaşlı Vadimdən geriyə isə hələ 1 yaşı tamam olmamış qızı və 2 ay sonra doğulacaq oğlu qaldı. Bir də analarının əllərini bərk-bərk tutub, onu təsəlli edəcək sözlər tapmayan qardaşları… İkinci Qarabağ müharibəsinin də iştirakçısı olan Vadim Qocayev döyüşlərin sonuna yaxın ağır yaralanır. Bütün təkidlərə baxmayaraq, amalından dönmür və Xüsusi Təyinatlılara yaraşan mərdliklə bu ali yola davam edir.

 

Qəhrəmanımız Vadim Qocayev və belə bir mərd, igid oğul böyüdən atası Alik Qocayev yan-yana, Qobustan rayonunun Sündü kənd qəbiristanlığında torpağa tapşırılıb. Allah rəhmət eləsin.

Editor.az Xəzər TV-yə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: