Eyni vaxtda bu iki virusa da yoluxa bilərsiniz – İnfeksionist AÇIQLADIbackend

Eyni vaxtda bu iki virusa da yoluxa bilərsiniz – İnfeksionist AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qrip ola-ola koronavirusa da yoluxmaq mümkündür.

Bunu Milli.Az-a açıqlamasında Pandemiya Xəstəxanasının koordinatoru, infeksionist Vüsalə Yaşar deyib.

İnfeksionist bildirib ki, COVİD 19-un da, qripin də simptomlarını eyni xəstədə müşahidə bilərik:

“Hər iki virusa eyni vaxtda yoluxmaq mümkündür. Gedişatları bənzəyə də bilər. Ayırd etmək çox çətin olduğuna görə əhaliyə tövsiyə olunurdu ki, qrip əleyhinə peyvənd olunsunlar. Ən azı bu barədə arxayın olaq ki, qrip olma ehtimalı minimuma ensin.

Qripdə belədir ki, virus yuxarı tənəffüs yollarının əlamətlərinə görə fərqlənə bilir. Məsələn, qrip olan xəstələrdə burun axması, gözyaşarma, gözsulanması, asqırma çox müşahidə edirik. Amma bunlar olmaya da bilir. Buna görə də COVİD-lə qarışdıra bilərik və yaxud da hər ikisinə birlikdə yoluxmuş ola bilərik. Bu zaman qripə xas əlamətlər də ola bilər, COVİD-ə xas əlamətlər də ola bilər. İkisinin də simptomlarını eyni xəstədə müşahidə edə bilərik.

 

 

Bizdə yoluxanların sayı daha da yüksələ, vəziyyət daha da ağırlaşa bilər. Çünki kütləvi toplanmalar bir az çoxalıb. Bəllidir ki, qələbə sevinci, yas mərasimləri və s. bunların hamısına görə sıx toplanmaların sayı artır və yoluxma sayı da böyük ehtimalla daha da artacaq”.