Eyvandan pul səpən məşhur cüdoçumuzla bağlı – Açıqlamabackend

Eyvandan pul səpən məşhur cüdoçumuzla bağlı – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fikir bildirməyə çətinlik çəkirəm. Amma əminliyimi ifadə etmək istəyirəm ki, o, əsl pul deyil. Videonu görməmişəm, sizdən eşitdim. Amma söhbətin nədən getdiyini başa düşürəm.

Editor.az xəbərr verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı milli komandanın üzvü Elmar Qasımovun binanın eyvanından dollar əsginazları səpələməsini əks etdirən video barədə danışarkən deyib.

Onun sözlərinə görə, hansısa adekvat insan ilin-günün bu vaxtı belə hərəkət etməz:

“Elmar milyonçu da deyil ki, eyvandan küçəyə dollar səpsin. Bilmirəm reytinq toplayır, özünü reklam edir, yaxud nəyinsə xətrinə bu addımı atıb. Yəqin ki, həmin pullar, əsginazlar əsl deyil, saxtadır, oyuncaqdır”.

Babanlı məsələyə federasiyada baxılacağını sözlərinə əlavə edib:

“Biz araşdıracağıq. Onun özünü də dəvət edəcəyik və izahat tələb edəcəyik”.

Federasiya rəsmisi Qasımovun psixologiyasında hansısa problemin olmadığını vurğulayıb:

“Özünü çox yaxşı hiss edir, adekvat adamdır. Başa düşür ki, 100 kq-da onun rəqibi var. Getdikləri bütün yarışlarda rəqibi onu üstələyib. Zelim Kotsoyev yer tutanda Qasımov bunu bacarmayıb. Kotsoyev 3 görüşdən qalib ayrılanda Qasımov ilk qarşılaşmasındaca uduzub. Özü də başa düşür ki, bu şansı qaçırıb”.

Babanlı məlum videonun yayılma səbəbi ilə bağlı ehtimalını da irəli sürüb:

“Ola bilər ki, Elmarın məqsədi videonun kütləvi yayılması deyildi. Bəlkə də özü üçün çəkib. Kimsə bundan sui-istifadə edir və ya yayır. Belə də ola bilər. Elmar Qasımov tanınmış cüdoçularımızdandır”.

Qeyd edək ki, Elmar Qasımov 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. O, 2009-cu ildə Ermənistanın paytaxtı İrəvanda gənclər arasında Avropa çempionatında qızıl medal qazanıb.