Eyvazov Qələndərovun oğlunu rəis təyin etdibackend

Eyvazov Qələndərovun oğlunu rəis təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron DYP-də baş inspektor işləyən Vüsal Qələndərov Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə rəis təyin edilib.

Editor.az Axar.az-a istinadən bildirir ki, bu barədə daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, Vüsal Qələndərov əvvəllər Nəsimi DYP-nin rəisi olmuş, keçən ay Bakı Beynəlxalq Avtovağzalının direktoru təyin edilən Qəhrəman Qələndərovun oğludur.